Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

DogruSozTv Az
Oxunma vaxtı:32 Saniyə

“Bakı Metropoliteni” QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq.

Bu barədə Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrutu isə avqustun 14-dən fəaliyyətə başlayacaq.

Xatırladaq ki, yeni ekspres marşrutlar:

M1 – metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları;

M2 – metronun “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları;

M3 – metronun “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları;

M4 – metronun “20 Yanvar” və “Koroğlu” stansiyaları;

M5 – metronun “20 Yanvar” və “Gənclik” stansiyaları;

M6 – metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında fəaliyyət göstərəcək.

Loading

Next Post

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 17-dək bəzi ərazilərdə güclü külək əsəcəyi, hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi və ayrı-ayrı yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, […]