Bu gün Haaqada Rusiyanın Ukraynaya qarşı müharibəsini araşdıran Beynəlxalq Büro yaradılır

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Bu gün Niderlandın Haaqa şəhərində Rusiyanın Ukraynaya qarşı müharibəsini araşdıran Beynəlxalq Büro yaradılır.

Bunu Britaniyanın “The Guardian” nəşri yazıb.

Komissiyaya Ukrayna, Avropa İttifaqı (Aİ), ABŞ və Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorları daxil olacaq.

Mərkəz Ukraynaya qarşı müharibəyə görə Kreml rəsmilərini məsuliyyətə cəlb edəcək Xüsusi Tribunal yaradılmazdan əvvəl aralıq addım kimi araşdırma aparacaq və sübutlar toplayacaq.

Bu təşəbbüs Rusiya ilə Xüsusi Tribunalın yaradılması istiqamətində ilk addımdır.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Loading

Next Post

İsmayıllıda sel aparan bahalı maşın kimindir? - FOTO

Xəbər verdiyimiz kimi, 30 iyunda İsmayıllıya yağan leysan yağışlardan sonra başlayan sel suları “Mersedes AMG” markalı maşını aparmışdı.Yağış kəsəndən sonra maşını çaydan çıxarmaq üçün cəhd edilib. Ancaq məlum olub ki, 77-FM-555 markalı avtomobil yarıya qədər torpağa batıb və onu çıxarmaq mümkün deyil.Qeyd edək ki, Cülyan kəndi İsmayıllının ən səfalı ərazilərindən […]