“Şəhidlərin dəfnində xoşagəlməz hallarla rastlaşırıq” – Deputat

Oxunma vaxtı:30 Saniyə

Milli Məclisdə şəhidlərin dəfni zamanı rast gəlinən xoşagəlməz hallarla bağlı məsələ qaldırılıb.

Modern.az xəbər verir ki, bu barədə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov danışıb.

Onun sözlərinə görə, son zamanlar şəhdilərin dəfnində xoşagəlməz hallara rast gəlinir:

“Biz görürük ki, bu hallardan istifadə olunur. Şəhidlərin dəfn mərasimlərini bəziləri sanki şouya çevirmişdilər. Mən bir neçə şəhidimizin dəfnində iştirak etdim. Orada bu halların şahidi oldum”.

Komitə üzvü Sevinc Fətəliyeva da şəhidlərin dəfni zamanı xoşagəlməz hallardan danışıb. O bildirib ki, bu halların qarşısının alınması üçün Komitənin işləri artır:

“Bizim cəmiyyətimizə, gənclərə deyiləcək sözlərimiz çoxdur”.

Loading

Next Post

Ceyhun Bayramov: "Azərbaycan azad edilmiş ərazilərində bərpa və yenidənqurmaya başlayıb"

İndi Azərbaycan işğaldan azad edilmiş ərazilərində misli görünməmiş bərpa və yenidənqurma fəaliyyətlərinə başlayıb və onların tam reinteqrasiyası prioritet təşkil edir. “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib. Nazir bildirib ki, bu cür fəaliyyətlərin məqsədi nəhayət, yüz minlərlə […]