Azərbaycana qarşı çıxışlar edən rus jurnalistə sanksiya tətbiq edildi

alfonsonri
Oxunma vaxtı:25 Saniyə

Yaponiya hökuməti rusiyalı jurnalist Olqa Skabeyevaya qarşı şəxsi sanksiyalar tətbiq edib.

Dogrusoztv.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi (XİN) yeni sanksiyalar paketini açıqlayarkən məlum olub.

Məlumata görə, yeni ümumi siyahıya 24 fiziki şəxs və 78 təşkilat daxildir. Bundan əlavə, Rusiya rəsmilərinə və hərbi komandanlığına qarşı sanksiyalar da tətbiq edilib.

Qeyd edək ki, Skabeyeva həyat yoldaşı Yevgeni Popov ilə birlikdə Rossiya-1” telekanalında “60 dəqiqə” tok-şousunun aparıcısıdır. O, Azərbaycana qarşı ermənipərəst çıxışları ilə tanınırdı.

Loading

Next Post

İlham Əliyevdən Paşinyana növbəti master-klass

Azərbaycan dövləti üçün prioritet olan əsas məsələlər ölkənin bütün istiqamətlərdə müstəqil siyasət yürütməsini təmin etməkdir. Bu günədək ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və kommunikasiya layihələrinin təməlində də Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi, geostrateji önəminin artırılması kimi mühüm amillər dayanıb və bu proses hazırda gerçəkləşdirilən bərpa olunan enerji, […]