Ukrayna xarici işlər naziri postuna namizədin adı açıqlanıb – YENİLƏNİB

Oxunma vaxtı:40 Saniyə

Andrey Sibiqa Ukraynanın yeni xarici işlər naziri ola bilər.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

A.Siqiba xarici işlər nazirinin birinci müavinidir.

O, bundan əvvəl Prezident Ofisinin rəhbərinin müavini (2021-2024) və ölkənin Türkiyədəki səfiri (2016-2021) vəzifələrində çalışıb.

 ***

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Ali Rada Ukraynanın xarici işlər naziri Dmitri Kulebadan istefa ərizəsi alıb. Ərizəyə növbəti plenar iclaslardan birində baxılacaq”, – Ali Radanın sədri Ruslan Stefançuk sosial şəbəkə hesabında paylaşım edib.

Ötən gün bir sıra nazirlər də istefa ərizəsi verib.

“Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets və Dövlət Əmlak Fondunun sədri Vitali Koval istefa ərizələrini Ali Radaya təqdim ediblər. Bütün müraciətlərə növbəti plenar iclaslardan birində baxılacaq”, – R.Stefançuk ötən gün bildirib.

Loading

Next Post

Misir prezidenti ilk dəfə Türkiyəyə gedir

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi bu gün ilk dəfə Türkiyəyə səfər edəcək. Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq. Bildirilir ki, Ankara 12 il sonra Misirdən prezident səviyyəsində səfərə ev sahibliyi edəcək. Tərəflər enerji, səhiyyə, turizm, müdafiə sahələrində uzunmüddətli əməkdaşlıq məsələləri ilə yanaşı, Qəzzadakı son vəziyyəti də müzakirə […]