Sudan limanında 16 min qoyunu daşıyan gəmi batdı

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Bazar günü Sudanın Suakin limanında 16 min qoyunu daşıyan gəmi batıb.

Məlumata görə, qəzaya səbəb həddindən artıq yüklənmə olub.

Ekipaj son anda qaçmağı bacarıb.

Məlumata görə, heyvanların Qurban bayramı ərəfəsində Səudiyyə Ərəbistanına göndərilməsi nəzərdə tutulub. Estakadada batan “BADR 1” gəmisinin ilkin maksimal tonnajı 9 min heyvan, modifikasiyadan sonra isə maksimum yük 12 min baş olub.

Liman rəhbərliyi artıq mal-qaranın kütləvi şəkildə tələf olması səbəbindən Qırmızı dəniz üçün ciddi ekoloji təhlükə barədə xəbərdarlıq edib.

Mənbə: TASS

Loading

Next Post

Billi Ayliş konsertini yarımçıq dayandırıb

Müğənni Billi Ayliş bəzi pərəstişkarlarının istidən təsirlənməsi səbəbindən Londondakı konsertini dayandırmaq məcburiyyətində qalıb. Huşunu itirmiş bir neçə tamaşaçı izdiham tərəfindən əzilmək riski ilə üzləşib. Qonaqların durumundan narahat olan müğənni musiqini dayandıraraq tamaşaçılara üz tutub: “Siz yaxşısınız? Görürəm ki, insanlar huşunu itiriblər. İstidir, bilirəm. Bir addım geri atın, hər kəsə bir […]