Türkiyənin Mərkəzi Bankının sədri ilk dəfə qadın olub

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Hafize Gaye Erkan Türkiyənin Mərkəzi Bankının sədri təyin olunub.

Dogrusoztv.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncam imzalayıb.

1982-ci il təvəllüdlü Hafize Gaye Erkan 2001-ci ildə Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini bitirib.

Təhsilini ABŞ-da davam etdirən Hafize Gaye Erkan 2005-ci ildə Prinston Universitetində əməliyyat tədqiqatları və maliyyə mühəndisliyi üzrə doktorluq dərəcəsi alıb. Hafize Gaye Erkan Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə iki təlim proqramını bitirmişdir.

Loading

Next Post

Şəkidə sel körpünü uçurdu - VİDEO

Şəkinin Baş Şabalıd kəndindən keçən sel kəndin yeganə girişi olan Quruçay üzərindəki körpünü aparıb. Hadisə nəticəsində kəndin şəhər, digər kənd və qəsəbələrlə əlaqəsi tamamilə kəsilib. Sakinlər qeyd ediblər ki, körpü olmadığından hər gün çayı keçmək üçün xüsusi maşınlara pul vermək məcburiyyətində qalırlar. Mövzu ilə bağlı süjeti təqdim edirik. ATV