Tərtərdə ailə faciəsi – ata, ana və 2 övladı dəm qazından ÖLDÜLƏR

Oxunma vaxtı:21 Saniyə

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində yaşayan Tağızadələr ailəsinin 4 üzvü vəfat edib.

Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Loading

Next Post

Müdafiə nazirinin müavinləri Qətərə səfər edib

Azərbaycan müdafiə nazirinin müavini, Baş direktor Aqil Qurbanov, müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə Qətərdə rəsmi səfərdə olublar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə nümayəndə heyəti Al Udeid Aviabazasında Qətər Silahlı Qüvvələrinin Hərbi Aviasiya akademiyasını ziyarət edərək burada yaradılmış şərait və tədris prosesi ilə tanış […]