İranda 39 milyondan çox insanın həyatı risk altındadır

alfonsonri
Oxunma vaxtı:29 Saniyə

İranda torpaq çökməsi kritik vəziyyətə çatıb. 

Bu barədə İranın Yol və Şəhərsalma Araşdırma Mərkəzinin akademik heyətinin üzvü Əli Beytullahi bildirib. 

Onun sözlərinə görə, torpaqların çökməsi 39 milyondan çox insanın həyatını risk altında qoyur: “Ölkədə torpağın çökməsi riski altında olan insanların sayı 39 milyon nəfər olaraq qiymətləndirilir ki, bu da bütün ölkə əhalisinin 49%-ni əhatə edir. 380 şəhər və 9200 kənd yerin çökməsi təhlükəsi ilə üzləşib, bəzi hallarda şəhərlərin bütün ərazisi, bəzi hallarda isə şəhər sərhədlərinin bir hissəsi çökmə zonalarına yerləşdirilib”. 

Məlumatda İranın paytaxtı Tehran da çökmə riski ilə üzləşən bölgələr sırasındadır. 

Loading

Next Post

<strong>İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO</strong>

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayondan olan xanımları “iməcilik” adı altına məcburi əməyə cəlb edib.Bununla bağlı bir qrup şəhər sakini Demokrat.az-a şikayət göndərib. Şikayətçilər iddia edirlər ki, martın 11-də İcra Hakimiyyəti rəhbərliyinin tapşırığı ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti də daxil olmaqla, rayonda çalışan qadınlara “ümumşəhər iməciliyinin […]