KİV: İsrail İrana qarşı əməliyyatları davam etdirəcək, ABŞ qırıcı təyyarəsinin vurulmasına sərt reaksiya gözlənilir

Oxunma vaxtı:30 Saniyə

İsrail İrana qarşı hərbi əməliyyatları ən azı iki həftə daha davam etdirməyi planlayır və ABŞ-ın qırıcı təyyarəsinin vurulmasına “sərt reaksiya” verəcəyini gözləyir.

Bu barədə KAN xəbər yayıb.

Məlumata görə, Benyamin Netanyahu hökuməti ümid edir ki, ABŞ təyyarəsinin vurulmasından sonra Donald Tramp “müharibənin üçüncü mərhələsinə” keçidə, yəni İran iqtisadiyyatının dağıdılmasına razılıq verəcək.

İsrailin təhlükəsizlik xidmətlərindəki mənbələrə görə, İrana qarşı növbəti hədəf onun iqtisadiyyatı olacaq. Hücum planına infrastruktur obyektləri, körpülər, eləcə də enerji və neft obyektləri daxildir.

Eyni zamanda, mənbələr bildirir ki, Donald Tramp hələ bu siyahını təsdiqləməyib və yuxarıda qeyd olunan obyektlərə İsrail hücumlarına qoşulmaqla bağlı göstəriş verməyib.

Loading

Next Post

Sumqayıtda qazdan zəhərlənən digər uşaqların vəziyyəti necədir?

Xəbər verdiyimiz kimi, Sumqayıtda Xəzri bağlarında baş verən hadisədən sonra zəhərlənən 6 uşaqdan biri vəfat edib. Hadisə ilə bağlı TƏBİB məlumat yayıb. Bildirilib ki, bu gün saat 15:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat […]