Makron Ərdoğan və digər liderlərlə danışdı

Oxunma vaxtı:28 Saniyə

Fransa prezidenti Emmanuel Makron bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Olaf Şolts, Britaniya baş naziri Key Starmer və Macarıstanın baş naziri Viktor Orbanla telefon danışığı aparıb.

Makron bu barədə X hesabında yazıb.

“Bir müddət əvvəl mən Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta, Şolts, Starmer, Ərdoğan və Orbanla danışdım.Avropalı həmkarlar və müttəfiqlərlə son müzakirələrdən sonra biz Ukraynada sülhün bərpasına nail olmağa sadiqik”, – Makron qeyd edib.

O vurğulayıb ki, nizamlanma ədalətli, davamlı və uzunmüddətli əsasda olmalıdır və qarşıdan gələn danışıqlar Avropanın təhlükəsizliyini gücləndirməlidir.

Loading

Next Post

Almaniyanın kansleri postuna namizəd KİMDİR...

Ötən Almaniyada keçirilən erkən parlament seçkilərinin ilkin nəticələrinə görə, mühafizəkar Xristian Birlik partiyaları (CDU/CSU) qalib gəlib. Xristian Demokrat Birlik (CDU) partiyasının lideri Fridrix Mers yeni hökuməti sürətlə qurmaq istədiyini bildirib. Mers Almaniya siyasətinə yad bir sima deyil. O, siyasi karyerası boyunca daim mühafizəkar mövqeyi ilə seçilib. Xüsusilə miqrasiya qanunlarını sərtləşdirmək […]