Sumqayıtda qazdan zəhərlənən digər uşaqların vəziyyəti necədir?

Oxunma vaxtı:37 Saniyə

Xəbər verdiyimiz kimi, Sumqayıtda Xəzri bağlarında baş verən hadisədən sonra zəhərlənən 6 uşaqdan biri vəfat edib.

Hadisə ilə bağlı TƏBİB məlumat yayıb.

Bildirilib ki, bu gün saat 15:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.

“Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, azyaşlı 01.04.2026-cı il tarixində saat 18:10 radələrində dəm qazı zəhərlənməsi səbəbilə Reanimasiya şöbəsinə yerləşdirilmiş və yaxınlarının yazılı iltizamına əsasən 02.04.2026-cı il tarixində evə buraxılmışdı. Əlavə edək ki, digər 5 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabildir”, – məlumatda deyilir.

Loading

Next Post

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Zığ dairəsi-Hava Limanı yolunda yağışa görə sürət həddi endirilib. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat verib. Bildirilib ki, hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin […]