Sabiq bələdiyyə sədrinə cinayət işi AÇILDI

alfonsonri
Oxunma vaxtı:26 Saniyə

Xaçmazda sabiq bələdiyyə sədri barəsində cinayət işi açılıb.

Bu barədə Xaçmaz Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, Xaçmaz rayonu, Çaykənarı bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Oqtay Şıxməmmədovun bələdiyyənin sədri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurmasına, habelə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Loading

Next Post

Azyaşlını "Mustang"la vurub öldürən polis HƏBS EDİLDİ

Ötən il iyulun 7-də saat 17 radələrində Xətai rayonu ərazisində, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında idarə etdiyi “Ford Mustang” markalı idman avtomobili ilə ana və oğlunu vuran polis zabiti həbs edilib. Barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi ilə iş açılan Xızı […]