Sumqayıtda tekstil müəssisəsi yanır

Oxunma vaxtı:17 Saniyə

Sumqayıtda tekstil müəssisəsində yanğın baş verib.

Hadisə Sülh prospektində yerləşən tekstil istehsalı ilə məşğul olan müəssisədə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi, təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində işlər aparılır.

İlkin məlumata əsasən, yanğının yaranmasına səbəb kimi pambıq tullantılarının alışması göstərilir.

Faktla bağlı araşdırma gedir.

Loading

Next Post

Sabah hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, havanın temperaturu gecə 19-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. […]