Azərbaycan və Ermənistan XİN başçıları Antalyada normallaşma prosesini müzakirə ediblər

Oxunma vaxtı:21 Saniyə

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, Ceyhun Bayramov və Ararat Mirzoyan arasındakı ikitərəfli görüş Antalyada keçirilən Antalya Diplomatik Forumu çərçivəsində baş tutub.

Tərəflər görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sülh Sazişi mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə edilib.

Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.

Loading

Next Post

Ceyhun Bayramov: Azərbaycan üçün qonşularla münasibətdə təhlükəsizlik və davamlılıq əsasdır

Azərbaycan üçün qonşularla münasibətdə təhlükəsizlik və davamlılıq əsasdır. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən paneldə deyib. Nazir Türkiyənin bölgədəki davranışını müsbət qiymətləndirib: “Ermənistanla Azərbaycan arasındakı münaqişə başa çatdıqdan sonra biz münasibətlərin uyğun formada hüquqi  əsaslarla yekunlaşacağına inanırıq”. C.Bayramov Azərbaycandan Naxçıvana birbaşa gedişin mümkünsüzlüyünə də […]