Ehtiyatda olan polis polkovniki faciəvi şəkildə öldü

alfonsonri
Oxunma vaxtı:26 Saniyə

Ehtiyatda olan polis polkovniki Fazil Aslanov vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, o, ötən gün elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Hadisə Gədəbəyin Şınıx kəndində, Fazil Aslanova məxsus evdə baş verib.

Məlumata görə, 58 yaşlı Aslanovu evdə iş görən zaman elektrik cərəyanı vurub. Mərhum bu gün Saray qəsəbəsində torpağa tapşırılacaq.

Qeyd edək ki, Fazil Aslanovun son iş yeri Sumqayıt şəhər Polis İdarəsi olub. O, pensiyaya çıxmazdan öncə İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi vəzifəsində çalışıb. F.Aslanov bu vəzifəyə 2020-ci ilin avqustunda təyin edilmişdi.

Loading

Next Post

Polietilen torbalardan istifadə kəskin AZALIB

Hər gün daşıma vasitəsi kimi istifadə etdiyimiz polietilen torbalar təbiət üçün böyük təhlükə mənbəyidir. Çünki onlar çürümədən təbiətdə yüz illərlə qalır. Ümumiyyətlə plastik tullantıların təbiətdə tam çürümə prosesi getmir. Üstəlik bu cür paketlər daha az mikronlu, daha nazik olduğu üçün külək vasitəsilə daha geniş ətrafa yayılır. Hətta su hövzələrini, sututarları, […]