Müdafiə nazirinin müavinləri Qətərə səfər edib

Oxunma vaxtı:50 Saniyə

Azərbaycan müdafiə nazirinin müavini, Baş direktor Aqil Qurbanov, müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə Qətərdə rəsmi səfərdə olublar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə nümayəndə heyəti Al Udeid Aviabazasında Qətər Silahlı Qüvvələrinin Hərbi Aviasiya akademiyasını ziyarət edərək burada yaradılmış şərait və tədris prosesi ilə tanış olublar.

Daha sonra Qətər Dövlətinin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Əl-Tani Qətərdə səfərdə olan Baş direktor cənab A.Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb, hər iki dövlət arasında mövcud olan əməkdaşlığın vəziyyəti və inkişaf etdirilməsi imkanları müzakirə edilib.

Görüşdə HHQ-nin komandanı general-leytenant N.İslamzadə, eləcə də hər iki tərəfdən bir sıra yüksək rütbəli zabitlər və rəsmi şəxslər iştirak ediblər.

Daha sonra Qətərin “Barzan Holdings” şirkətində olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin holdinqin rəhbərliyi arasında keçirilən görüşdə hərbi texniki sahədə əməkdaşlığın perspektivlərindən danışılıb.

Loading

Next Post

Prezident İlham Əliyev Roma Papasının vəfatı ilə bağlı başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskin vəfatı ilə bağlı Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu Kardinal Kevin Farrellə başsağlığı məktubu ünvanlayıb. Mətndə deyilir:  “Zati-həzrətləri, Müqəddəs Taxt-Tacın başçısı, zəmanəmizin görkəmli din xadimi Roma Papası, Zati-müqəddəsləri Fransisk Həzrətlərinin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq. Roma Papası Fransiskin simasında beynəlxalq birlik və dünya katolikləri […]