“ASAN ödəniş” sistemi adından saxta veb-səhifə yaradılıb – XƏBƏRDARLIQ

alfonsonri
Oxunma vaxtı:26 Saniyə

Kiberdələduzlar tərəfindən “ASAN ödəniş” sistemi adından “asanodeme.org” adlı saxta veb-səhifə yaradılaraq vətəndaşlara pulsuz mobil internet və danışıq dəqiqələri qazanmaları təklif edilir.

Bu barədə Elektron Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, vətəndaşlardan vəd olunan bonusları qazanmaları üçün saxta veb-səhifə vasitəsilə bank və digər fərdi məlumatlarını daxil etmələri tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

Loading

Next Post

Türkiyədə raket zavodunda partlayış: 5 nəfər öldü

Türkiyənin paytaxtı Ankaranın Almadağ rayonundakı raket və partlayıcı maddələr zavodunda güclü partlayış baş verib. Milli Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlamasında partlayış nəticəsində beş nəfərin həlak olduğu qeyd edilib. Partlayışın yanğın nəticəsində baş verdiyi ehtimal olunur. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadaları cəlb edilib. Xəsarət alanların bəzilərinin vəziyyətinin […]