Türkiyədə raket zavodunda partlayış: 5 nəfər öldü

alfonsonri
Oxunma vaxtı:18 Saniyə

Türkiyənin paytaxtı Ankaranın Almadağ rayonundakı raket və partlayıcı maddələr zavodunda güclü partlayış baş verib.

Milli Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlamasında partlayış nəticəsində beş nəfərin həlak olduğu qeyd edilib.

Partlayışın yanğın nəticəsində baş verdiyi ehtimal olunur.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadaları cəlb edilib. Xəsarət alanların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda partlayışla bağlı təhqiqat aparılır.

Mənbəı; Anadolu agentliyi

Loading

Next Post

İstirahət gününün havası: 35 dərəcə isti və leysan

Azərbaycan ərazisində iyunun 11-də gözlənilən hava şəraiti barədə proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti, əsasən, yağmursuz olacaq. Gecə və səhər zəif duman gözlənilir, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi […]