ABŞ Gürcüstan rəsmilərinə sanksiyalar tətbiq edəcək

Oxunma vaxtı:29 Saniyə

ABŞ Dövlət Departamenti “Xarici agentlər” qanununa görə Gürcüstan rəsmilərinə sanksiya tətbiq ediləcəyini açıqlayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, dövlət katibi Entoni Blinkenin bəyanatında Gürcüstan hökumətinin etirazların dağıdılmasında “repressiv taktikalar”dan və “milli təhlükəsizlik qanunu”ndan istifadə etdiyi, bunun Gürcüstanda demokratiyanı baltaladığı qeyd olunub.

“Bu fəaliyyətlərə cavab olaraq Dövlət Departamenti Gürcüstan üçün Gürcüstanda demokratiyanın baltalanmasına görə, məsuliyyət daşıyan və ya buna şərik olan fərdlərə, həmçinin onların ailə üzvlərinə tətbiq ediləcək yeni viza məhdudiyyəti siyasəti tətbiq edir. Bura Gürcüstanda zorakılıq və təhdid kampaniyaları ilə vətəndaş cəmiyyətini və sərbəst toplaşmaq azadlığını boğmağa çalışanlar da daxildir”, – bəyanatda qeyd edilib.

Loading

Next Post

Qazaxın 4 kəndi artıq nəzarətimizdədir - Rəsmi

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında […]