Dünyanın ilk hərbi PUA gəmisi Türkiyədə – VİDEO

alfonsonri
Oxunma vaxtı:28 Saniyə

Türkiyə pilotsuz döyüş təyyarələrini yerləşdirmək üçün hazırlanmış dünyanın ilk amfibiya hücum gəmisini istifadəyə verməyə hazırlaşır.

Yeni “TCG Anadolu” gəmisinin göyərtəsinə 10 helikopter və 11 PUA, anqarına isə 19 helikopter və 30 PUA yerləşdirilə bilər.

Uzunluğu 231 metr və eni 32 metrdir və ən azı 20,5 düyün sürətə çata bilir.

“TCG Anadolu”nun istehsalı hələ 2018-ci ildə başlayıb və 2022-ci ildən etibarən sınaqdan keçirilməyə başlanılıb.

Bu desant gəmisinin göyərtəsində “Bayraktar-TB2” PUA-ları yerləşdiriləcək ki, bu da Türkiyə ordusunun əməliyyatların aparılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.//publika

Loading

Next Post

Xaçmazda ailə faciəsi: Ərlə arvad yanaraq öldü 

Xaçmazda yanğın olub, ər və arvad ölüb. Hadisə Yalama kəndində baş verib. Məlumata görə, kənd sakini 1963-cü il təvəllüdlü Taqverdiyev Aslan Balasultan oğlu və həyat yoldaşı 1965-ci il təvəllüdlü Taqverdiyeva Rumayə Atakişi qızı yaşadıqları evə yanmış halda tapılıblar. Faktla bağlı araşdırma aparılır.