Zelenski: Rusiyanın hücumları nəticəsində Kiyevdə 11 nəfər xəsarət alıb

Oxunma vaxtı:25 Saniyə

Kiyevdə Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında hücumları zamanı 11 nəfər, o cümlədən bir uşaq xəsarət alıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Mülki infrastruktur hava həyəcanı elan edilməzdən əvvəl vurulub. Paytaxtda yaşayış binaları, ofislər və ilahiyyat seminariyası zədələnib. Bərpa işləri həmçinin Odessa, Sumı, Xarkov və Çerniqov vilayətlərində davam edir. Gecə ərzində Rusiya 120-dən çox dron və 12 raket atıb, onların da yarısı ballistikdir. Müdafiəçilərimiz hədəflərin əksəriyyətini vura bilib – lakin ballistik olanları yox”, – o qeyd edib.​​​​

Loading

Next Post

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

İyulun 13-ü, saat 07:00-dək Bakı şəhərində aparılacaq təmir işləri ilə əlaqədar 3 küçədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb Məlumata görə, Səməd Vurğun küçəsi (Füzuli küçəsindən A.A.Bakıxanov küçəsinədək), Nazim Hikmət küçəsi (H.B.Zərdabi-Mətbuat prospektlərindən A.M. Şərifzadə küçəsinədək), Sənan Abdullayev küçəsi […]