İran əhalisinin sayı açıqlanıb

Oxunma vaxtı:21 Saniyə

İran əhalisinin sayı bu ilin fevral ayınadək 85 milyon 961 min nəfər olub.

Bu barədə İranın Statistika Mərkəzinin son hesabatında bildirilib.

Məlumata görə, 2026-cı ildə İranda əhalinin sayının 601 min nəfər artacağı proqnozlaşdırılır.

Bildirilib ki, ölkədə şəhər əhalisinin sayı 66 milyon 207 min, kənd sakinlərinin sayı isə 19 milyon 754 min nəfər təşkil edib. Hesabata əsasən, kişilərin sayı 43 milyon 372 min, qadınların sayı isə 42 milyon 589 mindir.

Loading

Next Post

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb. Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir. Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı tərəfindən Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib. […]