İsrail Şükürü belə aradan götürüb – Şok detal

Oxunma vaxtı:28 Saniyə

İsrail Hizbullahın hərbi qanadının komandirlərindən biri olan Fuad Şükürü aradan götürmək üçün onun daxili kommunikasiya şəbəkəsini “sındıra” bilərdi.

Bu barədə “Voll Strit Jurnal” qəzeti mənbəyə istinadən məlumat yayıb.

“Həmin gün Şükür ikinci mərtəbədəki ofisdə işləyirdi. Eyni binada, cəmi beş mərtəbə yuxarıda onun mənzili yerləşib. Axşam ona zəng vurub yeddinci mərtəbəyə qalxmasını istəyiblər. Zəng hərəkatın daxili kommunikasiya şəbəkəsinə müdaxilə edilərək olunub. Zəngin məqsədi onu İsrailin hücumu üçün daha əlverişli mövqeyə çəkmək olub”, – mənbə bildirib.

Qeyd edək ki, Fuad Şükür iyulun 30-da İsrailin Beyrutun cənubunda, Hizbullahın qalalarından biri olan Dahiya qəsəbəsinə endirdiyi zərbə nəticəsində öldürülüb.

Loading

Next Post

Ermənilər Kəlbəcəri atəşə tutdu: Ordumuz cavab verdi

Avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.