Ermənilər Kəlbəcəri atəşə tutdu: Ordumuz cavab verdi

Oxunma vaxtı:15 Saniyə

Avqustun 18-i saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Loading

Next Post

Bakıda DƏHŞƏT: 25 yaşlı qadını əri ÖLDÜRDÜ

Bakıda qətl hadisəsi baş verib. Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Hətənli Xumar Nəsimi qızı həyat yoldaşı tərəfindən qətlə yetirilib.  Hadisənin motivi məlum deyil.  Faktla bağlı araşdırma aparılır.