Rusiya XİN: Lavrovla Rubionun görüşü ciddi hazırlıq tələb edir

DogruSozTv Az
Oxunma vaxtı:32 Saniyə

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubionun görüşü hazırlıq tələb edir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, Lavrovla Rubionun görüşünün təxirə salınması ilə bağlı KİV-də yayılan xəbərləri təkzib edib.

“Razılaşmamış bir şeyi təxirə sala bilməzsiniz. Biz dünən bəzi Qərb mənbələrinin yazdıqlarını təsdiq etməmişik. Belə bir təmasın vaxtı və yeri ilə bağlı heç bir razılığımız olmayıb.İdeya olaraq, bu görüş mövcuddur. Əlbəttə ki, bu, böyük əhəmiyyətə malikdir. Amma məhz belə bir hadisə böyük əhəmiyyətə malik olduğu üçün hazırlıq tələb olunur. Biz bunun üzərində işləyirik. Dünən nazir bu barədə dövlət katibi ilə telefon danışığı aparıb”, – Ryabkov əlavə edib.

Loading

Next Post

Ermənistan parlamenti müxalifətin milli böhranla bağlı bəyanatını rədd edib

Ermənistan parlamenti “Şərəfim var” fraksiyasının irəli sürdüyü “Milli böhran və idarəetmənin iflası haqqında” bəyanatın layihəsini rədd edib. Bu barədə Ermənistan KİV məlumat yayıb. Bildirilib ki, 48 deputat layihənin əleyhinə, 24 deputat lehinə səs verib, parlamentin iki üzvü isə bitərəf qalıb. Daha əvvəl Dövlət və hüquq məsələləri komissiyası da sənədi rədd […]