Oğuzda fermada 200 cücə yanıb

Oxunma vaxtı:27 Saniyə

Oğuzda fermada baş verən yanğın zamanı ev quşları yanaraq tələf olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Padar kəndində, kənd sakini Mûşfiq Dadaşova məxsus ümumi sahəsi 500 kvadrat metr olan quşçuluq fermasında qeydə alınıb.

Yanğın zamanı fermanın 250 kvadrat metr dam örtüyü, və 1 ədəd cücə yetişdirmək üçün istifadə olunan inkubator avadanlığı yanıb. Bundan başqa, 1000 ədəd yumurta və 200 ədəd cücə də yanaraq tələf olub.

Hadisə yerinə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub

Regional təhsil idarələrinə yeni müdirlər təyin olunub. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmri ilə Ramin Abbasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Həmid Qasımov Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Bəhruz Nəbili Mil-Muğan Regional Təhsil İdarəsinin, Vüqar Dadaşov Qazax-Tovuz Regional Təhsil İdarəsinin, […]