Qazaxıstan və Türkiyə investisiyaların qorunması haqqında saziş imzalayacaq

Oxunma vaxtı:27 Saniyə

Qazaxıstan və Türkiyə investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında saziş imzalamağı planlaşdırır.

Sənəd layihəsi 2026-cı il mayın 29-dək ictimai müzakirəyə çıxarılıb.

Saziş layihəsi iki ölkənin investorları üçün sabit və proqnozlaşdırıla bilən şəraitin yaradılmasına yönəlib.

Bundan başqa, saziş investisiyaların tam qorunması və təhlükəsizliyi, investorların gəlirlərinin sərbəst köçürülməsi və digər müddəaları nəzərdə tutur.

XİN-də qeyd ediblər ki, sazişin məqsədi qarşılıqlı investisiyalar üçün əlverişli şəraitin yaradılması və hər iki ölkənin ərazisində investorların hüquqi müdafiəsinin təmin edilməsindən ibarətdir.

Saziş dövlətdaxili prosedurlar başa çatdıqdan və tərəflər arasında diplomatik bildirişlərin mübadiləsindən sonra qüvvəyə minəcək.

Loading

Next Post

CENTCOM: Hörmüz boğazında "F-35" qırıcısı patrul xidməti həyata keçirir

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazı ərazisində “F-35 Lightning II” qırıcı təyyarəsinin patrul xidməti həyata keçirdiyini bəyan edib. Bu barədə məlumat CENTCOM-un “X” sosial şəbəkə hesabında yayılıb. “ABŞ Hərbi Hava Qüvvələrinin “Lockheed Martin F-35 Lightning II” qırıcısı Hörmüz boğazı yaxınlığında regional sular üzərində patrul xidməti həyata keçirir. “F-35A” […]