Sabah 34° isti olacaq

alfonsonri
Oxunma vaxtı:38 Saniyə

Mayın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 14-19°, bəzi yerlərdə 20-25° isti olacaq.

Loading

Next Post

"İsrailin bu sahədə böyük nailiyyətlər əldə etdiyini bilirik" - Prezident

“Azərbaycan uzun illərdir ki, İsrail üçün etibarlı xam neft tədarükçüsü olmaqda davam edir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İsrail Prezidenti İsxaq Hersoq ilə görüşdən sonra deyib. “Bu, enerji sektorunda sıx əməkdaşlığı nümayiş etdirir. Bu gün biz enerji sektorunda əməkdaşlığı necə genişləndirə biləcəyimizi müzakirə etdik, çünki investisiya və interkonnektorların yaradılması […]