Bu gün gözlər Almaniyada olacaq: “Bayer” – “Qarabağ”

Oxunma vaxtı:45 Saniyə

Bu gün UEFA Avropa Liqasında 1/8 finala yekun vurulacaq.

Azərbaycan təmsilçisi “Qarabağ” da bu gün 1/8 finalın cavab matçına çıxacaq.

Komandamız Almaniyada yerli “Bayer”in qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 00:00 başlayacaq. Matçı ingiltərəli məşhur hakim Entoni Teylor idarə edəcək.

Komandalar arasında Bakıda keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb. 

Qeyd edək ki, “Bayer” bu mövsüm Avropada məğlub olmayan yeganə komandadır.  Leverkuzenlilər bütün turnirlər daxil 36 oyundur ki uduzmur.

Xatırladaq ki, “Bayer”lə “Qarabağ” Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Leverkuzendəki oyununda “Bayer” 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə “Qarabağ”a qalib gəlib. “Bayer” qrupdan lider, “Qarabağ” isə 2-ci yerin sahibi kimi çıxıb.

14 mart

UEFA Avropa Liqası

1/8 finalın cavab oyunu

00:00.”Bayer” (Almaniya) – “Qarabağ” (Azərbaycan)

İlk oyun – 2:2

Hakimlər: Entoni Teylor, Qari Besuik,  Adam Nann Endryu Medli (İngiltərə)

Leverkuzen. “Bay-Arena”

Loading

Next Post

Avropa Parlamenti Rusiyadakı seçkilərə müşahidəçi göndərməyəcək

Avropa Parlamenti Rusiyadakı seçkilərə müşahidəçi göndərməyəcək. “Avropa Parlamenti bu seçki prosesini müşahidə etməyəcək və buna görə də nə prosesin özünü, nə də nəticələrini şərh etməyəcək. Avropa Parlamentinin heç bir üzvünə bu seçki prosesini müşahidə etmək səlahiyyəti verilməyib”, – deyə qeyd olunub. Sənəddə vurğulanır ki, Avropa Parlamentinin hər hansı üzvü bu […]