Moldova Putinin girişinə qadağa qoydu

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

Moldova hakimiyyəti Vladimir Putinə girişi qadağan edib.

Baş nazir Dorin Recean bildirib ki, prezident respublikaya buraxılmayacaq Rusiya rəsmiləri siyahısındadır.

“Siyahı var və təkcə Moldovaya girişi qadağan olunanların deyil. Bu açıq siyahı deyil, bizim müvafiq orqanlarımızda var. Bu siyahıya daxil olanlar ölkəyə giriş qadağası ilə tanış olacaqlar. Amma onların çoxu bu haqda bilir”, – Reçan deyib.

“Bu, kifayət qədər uzun siyahıdır, ona Vladimir Putin də daxildir”, – Moldova baş naziri qeyd edib. Onun sözlərinə görə, siyahı lazımi vaxtda ictimaiyyətə açıqlanacaq.

Loading

Next Post

Rusiya dollardan tam imtina etdi - Nazir

Rusiya Federasiyası transsərhəd hesablaşmalarda dost olmayan ölkələrin valyutalarından (dollar) demək olar ki, tamamilə imtina edib. Bunu Rusiya maliyyə nazirinin müavini Aleksey Moiseyev deyib. “Heç kimə sirr deyil ki, rublla hesablaşmalar praktiki olaraq transsərhəddir”, – o bildirib. Nazir müavininin sözlərinə görə, transsərhəd hesablaşmalar hələ də rubl-avro cütlüyündə aparılır, lakin tədricən onlar […]