Ərəb Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Oxunma vaxtı:22 Saniyə

Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılığı altında nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Bu barədə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub, tər çiçəklər düzülüb.

Nümayəndə heyəti həmçinin Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi zəfərin yaddaşlarda yaşadılması, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.

Ərəb Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Loading

Next Post

KİV: Ukrayna nümayəndə heyətini danışıqlar üçün Moskvaya göndərə bilər

Sülh danışıqları prosesini sürətləndirmək üçün bir sıra qeyri-adi variantlar müzakirə olunur və bu variantlardan biri Ukrayna nümayəndə heyətinin Moskvaya gedib Putinlə danışıqlar aparmasıdır. Bu barədə “Times of Ukraine” məlumat yayıb. Məlumatda qeyd edilib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna nümayəndə heyətinin təhlükəsizliyinə […]