Dövlət informasiya ehtiyatlarında nöqsanlar AŞKARLANDI

alfonsonri
Oxunma vaxtı:35 Saniyə

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsiziliyi Dövlət Xidməti (XRİTDX) dövlət informasiya ehtiyatlarında aparılan audit yoxlamaları və monitorinq nəticəsində aşkarlanmış təhlükəsizlik boşluqları və nöqsanlarına dair 146 audit məruzəsi hazırlayaraq, həmin boşluq və nöqsanların aradan qaldırılması üçün tövsiyələrlə birlikdə müvafiq qurumlara təqdim edib.

Bu barədə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildiriblər.

Qeyd edək ki, 2022-ci il ərzində dövlət informasiya ehtiyatlarinda aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində aşkarlanmış təhlükəsizlik boşluqları nəticəsində 553 məruzə hazırlanıb və müvafiq qurumlara xəbərdarlıq edilib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin CERT Mərkəzi tərəfindən 2014-cü ildə istifadəyə verilmiş “Elektron sorğu sistemi” vasitəsilə dövlət qurumlarından birinci rüb ərzində 1830 sorğu qəbul edilərək zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Loading

Next Post

Kılıçdaroğlu Fatihə surəsini oxuya bilmədi - VİDEO

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Ramazan Bayramında Türkiyədə zəlzələdən ən çox zərər görən Adıyaman vilayətinə gedib. Prezidentliyə namizəd, CHP sədri Kamal Kılıçdaroğlu Adıyaman Bələdiyyəsi qəbiristanlığını da ziyarət edib. Ziyarət zamanı zəlzələdə həyatını itirənlərə dua edərkən bir vətəndaşın reaksiyası diqqət çəkib. Belə ki, vətəndaş Kılıçdaroğluna “Bu Fatihənin necə oxuduğunu […]