Sabah Bakıda 21, rayonlarda 26 dərəcə isti olacaq

Oxunma vaxtı:33 Saniyə

Azərbaycanda aprelin 3-də 26 dərəcə isti gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

Loading

Next Post

İlham Əliyev: Zəngəzur dəhlizində avtomobil yolunun 90 %-i, dəmir yolunun 70 %-i tamamlanıb

Zəngəzur dəhlizində avtomobil yolunun 90 %-i, dəmir yolunun 70 %-i tamamlanıb. Bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən söyləyib. Dövlət başçısı bildirib ki, bu gün qarşıda duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanlarını genişləndirməkdir: “Prinsip etibarilə buna hər zaman ehtiyac […]