COP29 müddətində SMS icazə ilə bağlı xəbərlərə aydınlıq gətirildi

Oxunma vaxtı:24 Saniyə

“Bu məsələ ilə bağlı qeyd edilməlidir ki, COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur”.

Bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 müddətində evdən çıxma qadağasının və SMS icazələrin tətbiq ediləcəyinə dair fikirlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu məlumat tamamilə dezinformasiyadır: “İctimaiyyəti bu kimi dezinformasiyalara inanmamağı və yalnız qurumlar tərəfindən verilmiş rəsmi məlumatları əsas götürməyi xahiş edirik”.(Apa)

Loading

Next Post

Vəzifəli şəxs qəzada həlak oldu - Foto

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb. Sulduz Qəmbərzadənin sükanı arxasında olduğu “Ford” markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalovun idarə etdiyi “Niva”ya çırpılıb. Nəticədə Ə. Zeynalov hadisə yerində ölüb, “Ford” un sürücüsü xəsarət alıb. Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır. […]