Vəzifəli şəxs qəzada həlak oldu – Foto

Oxunma vaxtı:21 Saniyə

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.

Sulduz Qəmbərzadənin sükanı arxasında olduğu “Ford” markalı avtomobil yolun kənarında dayanmış Ədalət Zeynalovun idarə etdiyi “Niva”ya çırpılıb. Nəticədə Ə. Zeynalov hadisə yerində ölüb, “Ford” un sürücüsü xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı ölən Ədalət Zeynalov “Azərişıq” ASC-nin Cəbrayıl Elektrik Şəbəkəsinin rəisidir.(Report)

Loading

Next Post

COP29-da yollarda qadağalar olacaq? - Rəsmi cavab - Yenilənib

“COP29 dövründə dövlət və hökumət başçılarını daşıyacaq kortejlərin keçəcəyi küçə və yollarda müəyyən məhdudiyyətlərlə əlaqədar alternativ yollar müəyyən edilib”. Bunu COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu bildirib. O qeyd edib ki, Liderlər Sammiti dövründə – 11, 12 və 13 noyabr tarixlərində hava limanından şəhərə, şəhərdən Olimpiya stadionu istiqamətlərində […]