Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Oxunma vaxtı:32 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Doğrusöztv.Az bildirir ki, Ali Məhkəmənin Baş prokuroru Bəkir Şahin Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, prokurorluq orqanlarının həyata keçirdiyi əməkdaşlığın bu münasibətlərin inkişafı baxımından önəmi qeyd olundu.

Söhbət zamanı Türkiyənin bu sahədəki təcrübəsinə toxunuldu, Azərbaycanda prokurorluq sahəsində aparılan islahatlardan danışıldı.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev: Biz yeni bir koridor üzərində çalışırıq - Zəngəzur koridoru

Biz yeni bir koridor üzərində çalışırıq – Zəngəzur koridoru. Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev mayın 30-da Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Döblət başçısı bildirib: “İkinci Qarabağ savaşından sonra biz yeni bir koridor üzərində çalışırıq – Zəngəzur koridoru. […]