Naxçıvanda bir sıra qurumlar birləşib

Oxunma vaxtı:18 Saniyə

Naxçıvanda bir sıra qurumlar birləşib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fərman imzalayıb. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Naxçıvan Telekom” MMC və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs birləşdirilməklə onların əsasında Nazirliyin tabeliyində “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC yaradılıb.

Loading

Next Post

Astarada elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bu gün Astara Elektrik Şəbəkəsinin (EŞ) 110/35/10 kV-luq “Astara” yarımstansiyasından çıxan 35 kV-luq “Lovayın” hava xəttində təmir işləri aparılacaq. Bu barədə  “Azərişıq” ASC-dən məlumat verilib. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-a qədər rayonun Hamoşam, Kakalos, Qamışoba, Lovayın, Maşxan, Pensər, Siyaku, Şahağac, Şəmətük, Şiyəkəran, Təngərud, Toradi kəndlərində, Kijəbə qəsəbəsinin bir hissəsində […]