Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

DogruSozTv Az
Oxunma vaxtı:28 Saniyə

Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur.

Bunu Baş prokuror Kamran Əliyev Azərbaycan və Çin prokurorluqları arasında anlaşma memorandumunun imzalanması mərasimində deyib.

O bildirib ki, əməkdaşlığın daha da effektiv və səmərəli olması, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi üçün bütün imkanlardan istifadə edilir.

Baş prokuror hər iki ölkədə prokurorluq orqanlarının hüquq-mühafizə sahəsində mühüm əlaqələndirici rola malik olduğunu vurğulayıb.

K.Əliyev qeyd edib ki, Azərbaycan və Çin prokurorluqları arasında əlaqələrin inkişafı mühüm əhəmiyyət daşıyır və tərəflər iki ölkənin və xalqların mənafeyi naminə daha səmərəli və məhsuldar əməkdaşlığın qurulması üçün səylərini davam etdirirlər.

Loading

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Next Post

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Qırğızıstanın paytaxtı Bişkek şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünə dair paylaşım edilib. Paylaşımı təqdim edirik: