Astarada elektrik enerjisinin verilişində fasilə yaranacaq

Oxunma vaxtı:24 Saniyə

Bu gün Astara Elektrik Şəbəkəsinin (EŞ) 110/35/10 kV-luq “Astara” yarımstansiyasından çıxan 35 kV-luq “Lovayın” hava xəttində təmir işləri aparılacaq.

Bu barədə  “Azərişıq” ASC-dən məlumat verilib.

Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-a qədər rayonun Hamoşam, Kakalos, Qamışoba, Lovayın, Maşxan, Pensər, Siyaku, Şahağac, Şəmətük, Şiyəkəran, Təngərud, Toradi kəndlərində, Kijəbə qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.95 ABŞ dolları və ya 1.52% artaraq 63.4 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 62.45 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin […]