Şəhid hərbçimizin övladları ilə FOTOSU

alfonsonri
Oxunma vaxtı:1 Dəqiqə, 0 Saniyə

Ötən gün Laçın istiqamətində Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhid olan hərbçilərimizdən biri gizir Zalov Vidadi Nizami oğludur.

Modern.az-ın məlumatına görə, ordu sıralarında qürursuz xidmət aparan hərbi qulluqçu 17 iyul 1985-ci ildə anadan olub. O, Abşeron rayonunun Saray qəsəbəsində böyüyüb boya-başa çatıb, atası Nizami Zalov vaxtilə Saray qəsəbəsində sovxoz direktoru işləyib. 

Sosial şəbəkələrdə yayılan məlumata görə, Vidadi Zalov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olub. 2003-2007-cü illərdə Maliyə fakültəsində təhsil alıb.

Şəhid hərbçimizin Nizami adlı oğlu və Humay adlı qız övladı yadigar qalıb. O, 44 günlük Vətən müharibəsində aktiv iştirak edib və jurnalist İlham Tumasla döyüş yoldaşı olub.

“Şəhid olan qardaşlarımızdan Vidadi Zalovla Vətən Müharibəsində bir yerdəydik. Ölümün gözünə dik baxan qardaş idi”, – jurnalist sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, düşmən təxribatı nəticəsində şəhadətə yüksələn hərbçilərimiz bu gün son mənzilə yola salınacaq. 

Xatırladaq ki, ötən gün Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab tədbirləri zamanı Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub. 

Loading

Next Post

Çempionlar Liqası: “Milan” “Napoli”yə qarşı, “Real Madrid” “Çelsi”ni qəbul edir - AFİŞA

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulacaq. Turnirin son qalibi “Real Madrid” İspaniyada “Çelsi”ni qəbul edəcək. Digər oyun isə İtaliyada “Milan” və “Napoli” arasında baş tutacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Çempionlar Liqası 1/4 final, ilk oyunlar 12 aprel23:00. “Real […]