Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq? – RƏSMİ

Oxunma vaxtı:46 Saniyə

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi 3 mart tarixində (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

30 şəhər və rayonda təşkil olunan imtahanda 52 mindən artıq şəxs iştirak edib.

Modern.az buraxılış imtahanının nəticələrinin nə vaxt elan ediləcəyini öyrənmək üçün Dövlət İmtahan Mərkəzi   ilə əlaqə saxlayıb. 

Qurumun mətbuat katibi Xanlar Xanlarzadə saytımıza açıqlamasında bildirib ki, martın 4-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq:

“İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur. Xatırladaq ki, buraxılış imtahanlarında ilk dəfə olaraq imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) doğru cavab etalonları da imtahandan dərhal sonra Mərkəzin saytına yerləşdirilib”.

Qeyd edək ki, ötən il keçirilən buraxılış imtahanlarının da cavabları imtahan günündən təxminən 1 ay sonra açıqlanmışdı.

Loading

Next Post

İrəvanda saxlanılan hərbçimizin atası: Görüş olacaq

Xəbər verdiyimiz kimi, 28 fevral tarixində Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Ermənistan mətbuatının məlumatına görə, hərbçimiz sözügedən ölkə tərəfindən saxlanılıb və onun barəsində müxtəlif maddələrlə uydurma cinayət işi açılıb. Axar.az xəbər verir ki, Ruslan […]