UEFA Konfrans Liqası: “Qarabağ” Bakıda “Dinamo” ilə cavab matçına çıxacaq

DogruSozTv Az
Oxunma vaxtı:22 Saniyə

“Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində bu gün Bakıda “Dinamo” (Kiyev, Ukrayna) ilə cavab matçına çıxacaq.

Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Saat 20:00-da başlayacaq matçı ingiltərəli FIFA referisi Stüart Attuell idarə edəcək.

Xatırladaq ki, komandalar arasında Polşada baş tutan ilk oyun Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

III təsnifat mərhələsində üstün olan tərəf pley-off-da “Tvente” (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.

Loading

Next Post

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb

Yevlaxda iki nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanılıb. Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun Salahlı kəndindən keçən hissəsində Hüseynov Aqşin Eldəniz oğlunun idarə etdiyi “Mersedes Benz 200” markalı avtomobil Yevlax rayonu Salahlı kəndi istiqamətində hərəkətdə olarkən Hacıyev Akif Əli oğlunun idarə etdiyi “Lifan” markalı avtomobillə toqquşub. Nəticədə Hacıyev Akif Əli oğlu […]