Azərbaycana yay fəsli daxil olub

Oxunma vaxtı:29 Saniyə

Bu gün Azərbaycana saat 06:42:11-də Yay fəsli (Yay Günəş duruşu) daxil olub.

Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlib.

Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatıb. Bakıda Günəş bu gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni maksimum yüksəklikdə görünəcək.

Eyni zamanda bu gün ilin ən uzun gündüzünün və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.

Yay fəslinin uzunluğu isə 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.

Loading

Next Post

UFC turnirilə bağlı Bakı metropoliteninin iş rejimində dəyişiklik olunacaq

Bu gün keçiriləcək “UFC Fight Night” (UFC döyüş gecəsi) ilə əlaqədar Bakı metrosunun iş rejimində dəyişiklik olunacaq. Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Məlumata əsasən, saat 20:00-dan 00:00-dək davam edəcək tədbirlə bağlı metro stansiyalarında iş saatları iyunun 21-dən 22-nə keçən gecə 2 saat uzadılacaq: “Tədbir iştirakçılarının mənzil başına rahat […]