Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Oxunma vaxtı:27 Saniyə

Bu gün Bakının Yasamal rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 3-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00 dək Əhməd Cəmil, Süleyman Dadaşov, Bəsti Bağırova, Həsən Məcidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra adı çəkilən ərazilərdə yaşayan sakinlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

Kolleclərə ixtisas seçimi başlayıb

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi avqustun 3-dən 9-dək (saat 23:59-dək) internet vasitəsilə aparılacaq. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib […]