Azər Məmmədov Kürdəmirdə vətəndaşları qəbul edəcək

Oxunma vaxtı:25 Saniyə

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsal Birliyinin baş direktoru Azər Məmmədov Kürdəmir rayonunda vətəndaşları qəbul edəcək.

Qəbul iyunun 13-də saat 11:00-da YAP-ın inzibati binasında (Heydər Əliyev prospekti 22) baş tutacaq.

Görüş zamanı Kürdəmir, Ucar və Zərdab rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz”ın fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional qaz istismarı İdarəsinə (tel: 050-845-75-15; 070-244-58-20) müraciət edə bilərlər.

Loading

Next Post

Nazir müavini: “Özbəkistan və Azərbaycan elektron ticarət platformasının yaradılması üzərində işləyir”

Özbəkistan və Azərbaycan iki ölkə arasında B2B və B2C səviyyələrində müqavilələrin bağlanmasına imkan verəcək elektron ticarət platformasının yaradılması üzərində işləyir. Bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət nazirinin müavini Xurram Teşabayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Azərbaycan – Özbəkistan: İqtisadi tərəfdaşlıq vektoru” panel sessiyasında bildirib. Onun sözlərinə görə, […]