Allahşükür Paşazadə: Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar

Oxunma vaxtı:32 Saniyə

Həccdə olan zəvvarlar ziyarətlərini tamamlayıb, “hacı” adını qazanıblar.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Həccdə olan zəvvarlar çox rahatdırlar: “Bütün ziyarətlərini uğurla davam etdirirlər. Həmişə zəvvarlarımız arasında müəyyən çətinliklər və ya səhhət problemləri olurdu. Bu dəfə isə ciddi narahatlıq yaşanmadı. Şükürlər olsun ki, hamısı sağ-salamatdır. Onlar Mina, Ərəfat və digər müqəddəs məkanlarda olublar, ziyarətlərini davam etdirirlər. Təbii ki, buna çox sevinirik. Onlar artıq ziyarətlərini tamamlayıb, “hacı” adını qazanıblar və bu gün hacıdırlar”.

Allahşükür Paşazadə vurğulayıb ki, orada Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna hər il ehsan verilir: “Həmin ehsan bu il də təşkil olunacaq”.

Loading

Next Post

Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3.57 ABŞ dolları və ya 3,24% azalaraq 106.48 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 110.05 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 […]