Ermənistan-Amerika birgə hərbi təlimləri avqustun 12-də başlayacaq

Oxunma vaxtı:27 Saniyə

Avqustun 12-dən 20-dək Ermənistanda “EAGLE PARTNER-2025” Ermənistan-Amerika birgə hərbi təlimləri keçiriləcək.

Bu barədə Ermənistan KİV ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Təlimlərə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının, eləcə də Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb olunacaq.

Təlimlərin proqramına tibbi evakuasiya prosedurlarına xüsusi diqqət yetirilməklə sülhməramlı tapşırıqların hazırlanması və icrası daxildir.

Əsas məqsəd beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübələrin mübadiləsi, eləcə də Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı bölmələrinin döyüş hazırlığının artırılmasıdır.

Loading

Next Post

Qeyri-adi hadisə: 5 gün suyun altında qaldı

Çinin Hunan əyalətindən olan həvəskar dalğıc Vanq beş gün sualtı mağarada sağ qalmağı bacarıb. Hadisə iyulun 19-da baş verib. Həmin gün Vanq dostu ilə birlikdə çaya girdikdən cəmi beş dəqiqə sonra gözdən itib. Məlumata görə, Vanq suda üzərkən təsadüfən sualtı mağaraya daxil olub və orada azaraq həm zaman, həm də […]