Hikmət Hacıyev Litva səfiri ilə müzakirələr apardı

DogruSozTv Az
Oxunma vaxtı:20 Saniyə

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus (Kęstutis Vaškelevičius) ilə görüşüb.

Bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, görüş çərçivəsində Azərbaycanın artmaqda olan regional rolu, ikitərəfli münasibətlər, Avropa İttifaqı-Azərbaycan münasibətləri, Ukrayna, regional inkişaflar barədə müzakirələr aparılıb:

“Görüş Azərbaycanın regional diplomatiyanın ön sıralarında olduğu, sammitlərlə zəngin bir ayda baş tutub”.

Loading

Next Post

AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq

Nazirlər Kabinetinin taksi ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərarına əsasən, Bakı şəhəri üzrə bu say həddi 25000 ədəd müəyyən edilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Qeyd edilib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyətə göstərmək istəyən […]