Ombudsman işarələnməmiş minalı ərazilərlə bağlı bəyanat YAYDI

Oxunma vaxtı:36 Saniyə

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işarə olunmamış minalı ərazilərlə bağlı bəyanat yayıb.

Ombudsman Aparatından verilən məlumata görə, bəyanatda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində insanların həyatı, sağlamlığı və təhlükəsizliyinə təhdid olan işarə olunmamış minalı ərazilərlə bağlı ciddi narahatlıq ifadə edilib.

Qeyd olunub ki, azad olunmuş şəhər və kəndlərin Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılması ilə yanaşı, ərazilər işarə olunmadan minalanıb:

“İşğal müddətində həmin ərazilərdə yüz mindən artıq mina yerləşdirilib və Ermənistan hələ də bu minaların xəritəsini verməkdən imtina edir”.

Bəyanatda vurğulanıb ki, 1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokoluna əsasən, hədəfi fərqləndirməyən silahların istifadəsi qadağandır.

Ermənistan insanların həyat və sağlamlığının qorunmasını təmin etmək üçün qeyd-şərtsiz minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməlidir.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Yeni Azərbaycan Partiyasının yeni vəzifələri - Millət vəkili yazır

Birmənalı şəkildə demək olar ki, Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkənin ictimai-siyasi həyatında çox önəmli hadisə kimi yadda qalacaq. Bunu şərtləndirən bir çox məqamlar var ki, onlar barədə  də partiya lideri İlham Əliyev tədbirə toplaşanlara kifayət qədər məlumat verdi, qarşıda duran vəzifələr barədə danışdı.İlk növbədə xatırlatdı ki, YAP-ın sonuncu qurultayı […]